Biz kimik?
Qaradağ Logistika Mərkəzi – yük saxlama və anbar xidmətlərində etibarlılığın yeni ünvanıdır!
Qaradağ Logistika Mərkəzi müxtəlif təyinatlı malların saxlanılması üçün açıq və qapalı anbar əraziləri, ölkədaxili yükdaşımalar, gömrük təmsilçiliyi və digər xidmətlər təklif edən 3 PL logistika provayderidir. Ərazi Bakı şəhərinin girişində, dəniz limanı, dəmiryolu stansiyaları, avtomaqistral və müxtəlif terminalların yaxınlığındadır.
Məqsədimiz bizneslər üçün optimal saxlama və paylama həlləri təqdim etmək, onların yük idarəetməsini asanlaşdırmaqdır. Təhlükəsiz saxlama sistemlərimiz, ixtisaslaşmış heyətimiz və çevik xidmətlərimiz sayəsində müştərilərimizə operativ və qənaətcil logistika imkanları təqdim edirik.
Bir çox hallarda müxtəlif müəssisələrin, təşkilatların və ticarətlə məşğul olan şirkətlərinin fəaliyyəti malların və əşyaların saxlanmasını tələb edir. Bununla belə, bütün təşkilatların şəxsi anbar sahəsi və ya bütün anbar sahələrini icarəyə götürmək imkanı yoxdur.
“Qaradağ Logistika Mərkəzi” D sinifli anbar ərazilərinə malikdir və müştərilərinə məsuliyyətli saxlama xidmətləri təklif edir. Xidmətin mahiyyəti müxtəlif təyinatlı yüklərin təhlükəsiz müvəqqəti və daimi saxlanıcı məqsədi ilə yük sahiblərindən qəbul edilməsindən ibarətdir.
Anbarlarımızda saxlanıla bilən yük növləri.
- Tikinti materialları
- Böyük ölçülü texnika
- Müxtəlif metal məmulatları
- Borular
- Uzun rəf ömrü olan və xüsusi saxlama şəraiti olmayan qida məhsulları.
- Məişətdə istifadə olunan kimyəvi maddələr
- Tekstil, geyim məhsulları
Anbarlarımız kimlər üçün uyğundur?
"Qaradağ Logistika Mərkəzi"nin saxlanıc xidmətləri aşağıdakılar üçün uyğundur:
• öz anbarı olmayan müəssisələr;
• əlavə anbar sahəsinə ehtiyacı olan şirkətlər;
• birdəfəlik alış və malların mövsümi dövriyyəsi zamanı müvəqqəti saxlanıca ehtiyacı olan müəssisələr.
“Qaradağ Logistika Mərkəzi”nin anbarlarında malların məsuliyyətli saxlanılması sizə aşağıdakı əməliyyatlar üzrə xərcləri azaltmağa kömək edəcək:
• anbar sahələrinin icarəsi
• şəxsi anbar obyektlərinin saxlanması
• işçi heyəti
• videomüşahidə sistemi
• təhlükəsizlik.
Qənaət etdiyiniz vəsaiti öz biznesinizi inkişaf etdirilməsinə yatıra biləcəksiniz.
Şirkət mallarının saxlanılması üçün böyük anbarı icarəyə götürürüb əlavə xərclər çəkən zaman, malların maya dəyəri avtomatik olaraq artır və bu, malın bazar qiymətinin artmasına və nəticədə müştəri tələbinin azalmasına səbəb olur.
Niyə biz?
Sərfəli qiymət siyasəti
Sahəyə rahat giriş yolları (avtomobil və dəmiryolu)
Gündəlik, həftəlik, aylıq hesablama planı imkanı
Tam və hissəli icarə imkanı
24/7 mühafizə və videomüşahidə
Peşəkar heyət
Geniş ərazi (üstü açıq və qapalı saxlama yerləri)
Strateji yerləşmə (Salyan şossesinin yanı, Qaradağ dəmiryolu stansiyası ilə üzbə üz)