Biz kimik?
Qaradağ Logistika Mərkəzi – yük saxlama və anbar xidmətlərində etibarlılığın yeni ünvanıdır! Qaradağ Logistika Mərkəzi müxtəlif təyinatlı malların saxlanılması üçün açıq və qapalı anbar əraziləri, ölkədaxili yükdaşımalar, gömrük təmsilçiliyi və digər xidmətlər təklif edən 3 PL logistika provayderidir. Ərazi Bakı şəhərinin girişində, dəniz limanı, dəmiryolu stansiyaları, avtomaqistral və müxtəlif terminalların yaxınlığındadır.

Niyə biz?
Sərfəli qiymət siyasəti
Sahəyə rahat giriş yolları (avtomobil və dəmiryolu)
Gündəlik, həftəlik, aylıq hesablama planı imkanı
Tam və hissəli icarə imkanı
24/7 mühafizə və videomüşahidə
Peşəkar heyət
Geniş ərazi (üstü açıq və qapalı saxlama yerləri)
Strateji yerləşmə (Salyan şossesinin yanı, Qaradağ dəmiryolu stansiyası ilə üzbə üz)
Xidmətlər

Qaradağ Logistika Mərkəzi açıq və D sinif qapalı anbar ərazilərinə malikdir. Xidmətin mahiyyəti müxtəlif təyinatlı yüklərin təhlükəsiz müvəqqəti və daimi saxlanıcı məqsədi ilə yük sahiblərindən qəbul edilməsindən ibarətdir.
Anbar & Saxlama xidmətləri

Müştərilərimizin tam rahatlığı üçün, saxlama xidmətlərindən əlavə olaraq həmçinin Bakı və Azərbaycanın digər bölgələri üzrə çatdırılma xidmətləri həyata keçiririk. Yükünüzün xüsusiyyətlərindən asılı olaraq optimal yük avtomobili seçilir və müştərinin təlimarlarına əsasən əməliyyatlara başlanılır. Birdəfəlik və əvvəlcədən razılaşdırılmış qrafiklə mütəmadi şəkildə çatdırılma opsiyaları mümkündür.Daşıma qiymətləri aşağıda ki meyarlara əsasən müəyyən olunur:• məsafə (təyinat yeri);• yükün xarakteri (standart və ya əndazədən kənar, ağır və s.);• əlavə xidmətlərin zərurəti;• fərdi müştəri tələbləri.
Ölkədaxili çatdırılma

Gömrük təmsilçiliyi xidməti - gömrük qanunvericiliyinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi üçün rəsmiləşdirmə xidmətləri göstərməkdən ibarətdir. Biz, müştəri adından çıxış edərək, bütün gömrük prosedurlarının, o cümlədən bəyannamələrin doldurulmasının, gömrük rüsumlarının hesablanmasının, zəruri sənədlərin hazırlanmasının və gömrük orqanları ilə qarşılıqlı əlaqənin düzgün yerinə yetirilməsini təmin edirik.Məqsədimiz mallarınız Azərbaycana daxil olan məqamdan sizə 3 PL həllər təqdim edərək, işinizi asanlaşdırmaqdır.
Gömrük təmsilçiliyi

Açıq ərazilərimizdə istənilən növ və ölçüdə avtomobil, iriqabaritli texnikanın və yük konteynerlərinin saxlanılmasını sizə təklif edirik.24 saat giriş və çıxış imkanları. Dayanacaq ərazisi videomüşahidə sistemi ilə təchiz olunub.Texnika və avadanlıqlarınızın saxlanmasını bizə etibar edə bilərsiniz. Qısa və uzunmüddətli saxlanma mümkündür.
Dayanacaq xidmətləri

Kompleksimiz yüngül avtomobillərin (Gazel, Ford Transit), həm də avrofura tipli yükmaşınarının boşaldılması və yüklənməsi üçün bir neçə dok ilə təchiz edilmişdir. Bir neçə avtomobilin eyni vaxtda boşaldılması/yüklənməsi mümkündür.Yükləmə və boşaltma əməliyyatları anbar logistikasının mühüm tərkib hissəsidir. Yüklərin xüsusiyyətlərindən asılı olaraq bu işlər həm əl ilə (mexaniki), həm də xüsusi avadanlıqlardan istifadə etməklə həyata keçirilə bilər.